Şimali Koreya liderlərinin saxta Braziliya pasportu aşkarlanıb
28.02.2018 836 0
Şimali Koreyanın indiki lideri Kim Çen In və atası Kim Çen İr 1990-cı illərdə adlarına olan Braziliyanın saxta pasportundan istifadə ediblər.
Xarici KİV-ə istinadən xəbər verilir ki, onlar bu pasportla Yaponiya, Honkonq və Braziliyaya səfər ediblər.
Onlar bu yolla ölkədən ehtimal olunan təxliyəyə hazırlaşırmışlar.
Şimali Koreyanın Braziliyadakı səfirliyi məlumatə şərh verməkdən imtina edib.
Braziliyanın Xarici İşlər Nazirliyi isə informasiyanı yoxlamaq niyyətində olduqlarını bildirib. /Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər