Şimali Koreya Liderindən Obamaya çox ağır təhqir.
Şimali Koreya lideri Kim Jongun, ABŞ prezidenti Obamanın Pxenyan rejiminin çökəcəyi ilə əlaqədar açıqlamsından sonra məsələyə sərt reaksiya verib verib.
Belə ki, Şimali Koreya lideri Kim, bir daha ABŞ prezidenti Obamaya meydan oxuyub.
Obamanın ötən günlərdəki Şimali Koreyaya ünvanlanmış tənqid ifadələrindən sonra Şimali Koreya lideri Kim, sosialist idarəetmə sistemlərini tənqid edən Obamaya, "Şimali Koreya sadə silahlarla da, nüvə silahları ilə də hər cür döyüşə hazırdır" deyib.
Ölkə olaraq "hürən quduz itlərə qarşı özünü itirmiş formada gözləməyəcəklərini" vurğulayan Kim, mübarizəyə hazır olduqlarını ifadə edib.
Xatırladaq ki, Obama, ötən həftə Ağ Evdə etdiyi açıqlamada, Şimali Koreya rejiminin çökəcəyini və yer üzündən daha çox təcrid olunan bir ölkə halına gələcəyini bildirmişdi.