Şimali Amerikada yeni enerji ittifaqı yaradılır
27.07.2017 433 0.0 0

ABŞ, Meksika və Kanada qlobal enerji təminatına dəstək vermək üçün Şimali Amerika Enerji Strategiyası çərçivəsində əməkdaşlığa qərar veriblər. "Hürriyət" qəzetinə istinadən xəbər verilir ki, bu barədə Beynəlxalq Energetika Agentliyinin (IEA) icraçı direktoru Fatih Birolla ABŞ-ın energetika naziri Rik Perri (Rick Perry) keçirdikləri birgə mətbuat konfransında bildiriblər.

Konfransda çıxış edən F.Birol qeyd edib ki, ABŞ hökuməti enerji mövzusunda ən vacib yeri enerji təklifinin təmin edilməsi məsələsinə verir: "Bu məqsədlə ABŞ, Kanada və Avstraliyadan ixrac ediləcək neft və qazın enerji güvənliyini artıracağı, dünyada geosiyasi riskləri azaldacağı düşünülür. ABŞ, Kanada və Meksika dünya bazarının ucuz və güvənli enerji mənbələri ilə təminatında birgə əməkdaşlıq həyata keçirəcək".

ABŞ-ın energetika naziri isə öz növbəsində ölkəsinin maye qaz (LNG) ixracının avropalı müttəfiqlərinin enerji təhlükəsizliyini təmin etməyə hesablandığını bildirib.

F.Birol isə ABŞ-ın şist neft və qaz hasilatı ilə birlikdə maye qaz istehsalını da artırdığını qeyd edib: "ABŞ Avstraliya və Qətərlə birlikdə yaxın zamanlarda LNG istehsalında ilk üçlüyə düşəcək". Onun fikrincə, şist neft hasilatının inkişaf etdirilməsi ilə ABŞ lider hasilatçıya çevrilir və 4-cü sırada yer alan Kanada və 11-ci sırada qərarlaşan Meksika ilə birləşərək, Şimali Amerikanı Orta Şərq və Rusiya ilə rəqabət edə biləcək regiona çevirmək istənilir./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar