Sığortasız avtomobillərin sürücülərinə şad xəbər
18.03.2016 2531 0.0 0
Bu günlərdə təstiqlənmiş yeni İnzibati Xətalar Məcəlləsində başqa bir maraqlı dəyişiklik də olub. İcbarı sığortası olmayan avtomobillərin sürücülərinin də canı addımbaşı elektron protokolla üzləşməkdən qurtardı.
 
Qazeta.info FaktXeber.com-un məlumata əsasən bildirir ki, bu barədə yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib. Onun sözlərinə görə, icbarı sığortaya görə məsuliyyətə cəlb edilən sürücü düz 20 gün yenidən məsuliyyətə cəlb oluna bilməz: "Həmin müddət ərzidə icbari sığorta müqaviləsi bağlamasa, 21-ci gün yenidən məsuliyyətə cəlb oluna bilər".
 
Bununla belə, ekspert 20 gün məsələsinin çox olduğunu vurğulayıb.
 
"Belə çıxır ki, 20 gün icbari sığortasız sürmək olar...", -  deyə Ərşad Hüseynov narazılığı bildirib.

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar