Sisi: "Biz silahlı qüvvələrimizi Fələstinə göndərməyə hazırıq. Bu oradakı yerli polisin də işinə kömək edə bilər və həm də İsrailin təhlükəsizliyini zəmanət verə bilər"
Misir prezidenti Abdulfəttah əs-Sisi, Fələstinə silahlı qüvvələrini göndərməyə hazır olduqlarını, bunun həm Fələstinə həm də İsrailin təhlükəsizliyinə qatqı olacağını söyləyib. İtaliya prezidenti Giorgio Napolitano, Baş nazir Matteo Renzi və Vatikan Dövlət Başçısı Papa Fransisk ilə görüşmək üçün İtalyanın paytaxtı Romaya gələcək olan Misir prezidenti Abdulfəttah əs-Sisi,yola düşməzdən əvvəl İtalyanın nüfuzlu qəzetlərindən olan "Corriere della Sera"ya açıqlamasında belə söyləyib.
Qəzzadakı son döyüşlərdən sonra Misirin iştirakı ilə müharibənin atəşkəslə nəticələnməsini xatırladan Sisi Qüdsdə baş verən radikal qruplar arasındakı qarşıdurma çıxma narahatlığı daşıyıb daşımadığı sualına Sisi, belə cavab verib:
"Din müharibələri, hər nə olursa olsun qaçılması lazım olan bir dəhşəttir lakin çox vaxt bunun üçün lazım olan komponentlər çatmır. Bu vəziyyətdə xüsusilə israillilərə təhlükəsizliklərini zəmanət verməyə və eyni zamanda fələstinlilərin, Fələstin dövləti ümidini bəsləməyə ehtiyac vardır. Fələstin dövlətinin meydana gəlməsində tərəflər arasında etimad yaradılması uzun sürəcək . İsraillilər, təhlükəsizliklərini riskə ata bilməz. Fələstinlilər də artıq bu nöqtədə, özlərinə də zərər verən ciddi və tələsik tədbirlər etməməlidir. "Misirin bu mövzuda kömək etməyə hazır olduğunu vurğulayan prezident Sisi, "Biz silahlı qüvvətlərimizi Fələstinə göndərməyə hazırıq. Bu həm oradakı yerli polisə kömək edə bilər, həm də İsrailin təhlükəsizliyini zəmanət edə bilər. Davamlı deyil, etibarı təmin edənə qədər lazım olan zaman üçün söyləyirəm. Amma bunun üçün əvvəl qüvvələri göndərəcəyimiz Fələstin dövləti var olmalıdır "deyib.
Bu məsələni həm İsrail Baş naziri Binyamin Netanyahu ilə, həm də Fələstin Dövlət Başçısı Mahmud Abbas ilə müzakirə etdiyini bildirən Sisi, Netanyahuya da bu məsələni cəsarətlə söylədiyini ifadə edib.
Daha sonra IŞİD məsələsinə də münasibət bildirən Sisi Terrorizimin bir çox forması olduğunu və İŞİD-in də bunlardan biri olduğunu, terrorizmlə hərb formasında mübarizə etdiklərini bildirib.