Şiə ruhanisinin edamı etiraz yaratdı
02.01.2016 579 0.0 0

Səudiyyə Ərəbistanının sakinləri şiə ruhanisi Şeyx Nimr əl-Nimrin edamından sonra kütləvi etiraz aksiyalarına çıxıb.

Məlumata görə, minlərlə insan El-Katif şəhərinin küçələrinə çıxaraq qərara qarşı etirazını bildirib. Ölkədə kütləvi etiraz aksiyalarına qadağının qüvvədə olmasına baxmayaraq, sakinlər edama qarşı küçələr çıxıb. Camaat Səudiyyə Ərəbistanını kral ailəsdən qurtarmağa səslənən çağırışlar edib. 

Səudiyyə Ərəbistanı tanınmış şiə ruhanisi Şeyx Nimr əl-Nimr haqqında çıxardığı ölüm hökmünü bü gün icra edib. Ölkənin Daxili İşlər Nazirliyinin rəsmi məlumatına əsasən, ruhani terrorçuluq ittihamı ilə edam cəzasına məhkum edilmiş 47 nəfərdən biri olub. 2013-cü il qapalı məhkəmə qarşısına çıxarılan Şeyx Nimr Baqir al-Nimr “ayrıseçklik salmaq” və “ölkənin bütövlüyünə xələl gətirmək”də ittiham olunur.

 

Şeyx Nimr Səudiyyə hakimiyyətinin tənqidçilərindən olub.

 

Şeyx Nimr ölkənin Şərq əyalətində hökumət əleyhinə 2011-ci ildə başlayan etirazların dəstəkçisi olub. Şərq əyalətində şiələrdən ibarət çoxluq mərkəzi hakimiyyət tərəfindən sıxışdırıldığını bildirir. İki il əvvəl Şeyx əl-Nimr həbs edilərkən yaralanıb. Onun yaxalanması bir neçə gün davam edən iğtişaşlara təkan verib. Qardaşının dediyinə görə Şeyx əl-Nimr krallığın işlərinə “xarici müdaxilə”nin təşkili, itaətsizlik və silahlı müqavimətdə müqəssir tanınıb.
Ruhaninin yaxınları onun terrorçuluqla əlaqəsi olmadığını və yalnız dinc çıxışlara dəstək verdiyini bildirirlər.

 

Bundan əvvəl Səudiyyənin bölgədə əsas rəqibi sayılan İran xəbərdarlıqla çıxış edərək bəyan etmişdi ki, şiə ruhanisinin edamı “Səudiyyə Ərəbistanına baha başa gələ bilər”. Ər-Riyad İranı ölkənin şərqindəki əhalini narazılığa təşviq etməkdə günahlandırır. Şərq əyalətində etirazlar qonşu Bəhreyndə demokratikləşmə çağırışları ilə 2011-ci ildə başlayan kütləvi çıxışlardan sonra yer alıb. Əhalisinin əksəriyyəti şiə olan Bəhreyn sünni kral ailəsi tərəfindən idarə edilir.Səudiyyə hakimiyyəti şiələrə qarşı ayrıseçkiliyə yol verdiyi barədə ittihamları rədd edir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar