Şiə lideri : «Fransa ABŞ siyasətinin bədəlini ödəyir»
14.11.2015 558 0.0 0
İraqlı şiə lideri Müqtəda əl-Sədr Fransadakı terror hücumlarını dəyərləndirib.
 
Qazeta.info Musavat.com-a isinadla bildirir ki, Şiə lideri Parisdəki hücumların Qərb ölkələrinin terrorizmə dəstək verən siyasətlərinin nəticəsi olduğunu və bunların davam edəcəyini bildirib.
 
"Bu, Avropa ölkələrində gözlənilən terror hücumlarının ilkidir"
 
"Fransa ABŞ-ın İŞİD terrorçularına verdiyi dəstəyin və terror qruplaşmalarına qarşı açıq simpatiyasının əvəzini ödəyir" - deyə əl-Sədr bildirib.
 
"Biz daha əvvəl Avropanı bu cür terror hadisələrinin olacağına dair xəbərdar etmişdik. Əgər onlar terrorçuluqla mübarizə aparmaqda belə mövqe tutarsa, terrorçuların onlara cavabı bu cür güclü və sərt olacaqdır".
 
Şiə lideri terrorizmin sadəcə İraq, Suriya, Yəmən, Əfqanıstan və digər müsəlman ölkələrini hədəf almadığını, sərhədləri və dinləri aşa bildiyini də vurğulayıb.

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar