Si Cinpin Çinin sədri vəzifəsinə seçilib
17.03.2018 755 0
Ümumçin Xalq Nümayəndələri Yığıncağı ikinci beş il müddətinə ölkənin sədri vəzifəsinə yeni rəhbər seçib.
"RİA Novosti"yə istinadən xəbər verilir ki, bu vəzifəyə Si Cinpin seçilib.
Çin Xalq Respublikasının sədri gizli yolla keçirilən səsvermə ilə seçilib. Si Cinpin həmçinin yenidən Çinin Mərkəzi Hərbi Şurasının başçısı vəzifəsinə seçilib.
Səsvermənin gedişatında Çin Xalq Respublikası sədrinin müavini postuna Kommunist Partiyasının Baş Antikorrupsiya orqanının keçmiş katibi Van Çişan seçilib./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər