Əsgərliyə getməyənlər üçün yeni QADAĞA
14.02.2016 1637 0.0 0

Müddətli həqiqi hərbi xidmətdə çağırışdan boyun qaçıran vətəndaşlar haqqında məlumatların “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsinə başlanılıb.

Məlumata görə, bunu fevralın 13-də Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının dördüncü ildönümü münasibətilə keçirilən təntənəli mərasimdəki çıxışında xidmət rəisi, general-leytenant Arzu Rəhimov deyib.

A.Rəhimov bildirib ki, Prezident İlham Əliyevin vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq Sərəncamına və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin müddətli həqiqi hərbi xidmət keçən qulluqçularının komplektləşdirilməsi məqsədilə çağırış yaşına çatmış gənclərin müddətli həqiqi hərbi xidmətə cəlb edilməsi və təyin olunduqları hərbi hissələrə göndərilməsi ötən müddət ərzində tam təmin edilib. Xidmət tərəfindən çağırış yaşı tamam olan gənclərin çağırışdan yayınmasının qarşısının alınması istiqamətində də zəruri işlər görülüb. Bundan başqa, çağırışdan yayınan şəxslər barədə materiallar toplanaraq müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə hüquq mühafizə orqanlarına təqdim edilib./AZƏRTAC /


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar