Türkiyə Hakkari vilayətinin Yüksəkova rayonunda Türkiyə Silahlı Qüvvələri (TSK) əsgərlərinin ölümü və yaralanması ilə nəticələnən terror hadisəsi baş verib.
Məlumata görə, hadisə PKK terrorçularının 2 zirehli hərbi maşın ərazidən keçərkən törətdiyi partlayış nəticəsində meydana gəlib.
Axşam saatlarında baş verən terror hücumu nəticəsində şəhidlərin və yaralıların olduğu bildirilir. İlkin məlumata görə hücumdan sonra yaralanan 6 əsgər yaxınlıqdakı xəstəxanalara çadırılıb.
100 metrlik məsafə ilə yerə basdırılan minalar partlayaraq 2 zirehli maşını parça-parça edib.
Hadisədən sonra terrorçuların tutulması məqsədi ilə bölgədə hərbi təyyarələrində dəstəyi ilə əməliyyatlar başlayıb. Artıq "F4" və "F16" qırıcıları ilə terrorçulara məxsus 10 hədəfin vurduğu bildirilir.
Hakkaridə baş verənlərdən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hücumu pisləyən bəyanatla çıxış edib və dünyasını dəyişən əsgərlərin ailələrinə baş sağlığı mesajını çatdırıb. Ərdoğan bu günə kimi keçirilən əməliyyatlarda 2 mindən çox terrorçunun öldürüldüyünü bəyan edib.
Hazırda terror hücumu ilə əlaqədar baş nazir Əhməd Davudoğlunun başçılığı ilə fövqaladə iclas keçirilir./anspress/