Əsgərin həlak olması barədə məlumat yalandır- MN
27.02.2017 1506 0.0 0

"Əsgər Hüseynov Murad İlqar oğlu hazırda Silahlı Qüvvələrdə hərbi hissələrdən birində xidmətdədir. Onun yayılan fotosu isə 2016-cı ilin fevral ayında Silahlı Qüvvələrin ağırlıqqaldırma üzrə yarışlar zamanı qohumları tərəfindən çəkilərək sosial şəbəkəyə yerləşdirilib".

 

Qazeta.info bildirir ki, bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərbaycan sosial şəbəkə istifadəçilərinə və bəzi yerli elektron KİV-ə istinadən Ermənistan mətbuatında guya Azərbaycan əsgəri Murad Hüseynovun həlak olması ilə bağlı yayılan məlumatlarla əlaqədar bildirilib.

 

"Qoşunların qarşıdurma xəttində baş verən hadisələr barədə son günlər sosial şəbəkələrdə paylaşılan əsassız xəbərlər, "Youtube"-da yayımlanan saxta video və fotolarla bağlı bildiririk ki, bu Ermənistanın xüsusi xidmət orqanları üçün sifariş yerinə yetirən şəxslər tərəfindən məqsədyönlü şəkildə həyata keçirilir.

 

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, bu kimi təxribat xarakterli məlumatların yayılmasında və ictimaiyyətimiz arasında çaşqınlıq cəhdinin göstərilməsində məhz Ermənistanın maraqlı olması şübhəsizdir", - deyə MN-dən qeyd ediblər.

 

Mətbuat xidməti əsgər Murad Hüseynovun videomüraciətini də APA-ya təqdim edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar