Əsgər ehtiyyatsızlıqdan özünü güllələdi
18.12.2015 472 0
Qazeta.info Dövlət Sərhəd Xidmətinin (DSX) məlumatına əsasən bildirir ki, DSX-nın Göytəpə sərhəd dəstəsinin Cəlilabad rayonu ərazisindəki sərhəd zastavasında sərhəd xidmətində olarkən 2014-cü ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış əsgər Yusifov Elnur Şövkət oğlu 16 dekabr 2015-ci il tarixdə saat 15:45 radələrində silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində ona təhkim olunmuş avtomat silahdan açılan təsadüfi atəş nəticəsində vəfat etmişdir.
Fakt üzrə Dövlət Sərhəd Xidməti və Respublika Hərbi Prokurorluğu tərəfindən birgə araşdırma aparılır.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər