Seyran Ohanyan və həyat yoldaşının əmlaklarına həbs qoyulub
08.12.2021 675 0
Ermənistan Baş Prokuroluğu keçmiş müdafiə naziri Seyran Ohanyan və xanımının əmlakına həbs qoyub.
“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Ermənistanın keçmiş Prezidenti Serj Sarqsyanın keçmiş mühafizə xidmətinin rəisi Vaçaqan Kazaryan və ailəsinin əmlakına da həbs qoyulub.
Vurğulanıb ki, prokurorluq Serj Sarqsyanın qardaşı Levon Sarqsyanın, oğlu və qızının, Dövlət Əmlak İdarəsinin keçmiş şöbə rəisi, parlamentin keçmiş sədri Qalust Saakyanın oğlunun, keçmiş ətraf mühit naziri Aram Arutyunyan və yaxınlarının əmlaklarının qanuniliyini də yoxlayır.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər