"Sevil massivilə bağlı daxil olan şikayətlər daha çoxdur."
Məlumata görə, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib. Onun sözlərinə görə, bu dövr ərzində bir sıra mənzil tikinti korporativlərilə bağlı qanunsuzluqlar aşkar olunub. Konkret olaraq Sevil Massivilə bağlı 3 rəhbər həbsdədir. Hökməli bələdiyyəsinin sədri məsuliyyətə cəlb olunub.
"Artıq istintaq başa çatmaq üzrədir. İş bu yaxınlarda məhkəməyə göndərilib. 1279 şəxsə dəyən ziyan ödənilib. Ekspertizalar hazırda bu iş üzrə işləyir. Kimə ki dəyən ziyan ödənilməyib, həmin şəxslərdən bəziləri onlara təklif olunan şərtlərlə razılaşmırlar. Məsələn 3-cü mərtəbədən ev alana 7-ci mərtəbədən ev verilir, həmin şəxs isə istəmir. Yerdə qalanların işi də məhkəmələr vasitəsilə həll olunacaq", - deyə K. Əliyev bildirib./anspress/