Serjin impiçment məsələsi parlamentdə
23.02.2015 900 0.0 0

Ermənistan Milli Məclisinin bugünkü iclasında ölkə prezidenti Serj Sarkisyana impiçmentin elanı haqqında qanun layihəsi müzakirəyə çıxarılıb və qəbul olunmayıb.

Məlumata görə, qanun layihəsinə qarşı 68 deputat, lehinə isə 4 deputat səs verib.

Qanun layihəsinin müəllifi Nikol Paşinyan rəsmən müxalifətdə olan Erməni Milli Konqresi (EMK) fraksiyasına daxil olsa da, fraksiya ilə əlaqələri dayandırıb. Buna səbəb EMK-dan olan deputatların qanun layihəsini dəstəkləməməsi olub. Onlar sənədi yarımçıq və zəif adlandırıblar.

Bu qanun layihəsi ötən həftə parlamentin Dövlət hüquq məsələlər üzrə daimi komissiyasında rədd edilib. Müzakirələr zamanı Respublikaçılar Partiyasından olan deputatlar Arpina Ovanisyan və Ovanes Saakyan bildiriblər ki, bu təşəbbüsün hüquqi əsasları yoxdur və parlamentin müxalifət üzvünün şəxsi fikirini təşkil edir./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar