Serj Sarqsyan Fransada səfərdədir
22.01.2018 652 0
Ermənistan prezidenti Serj Sarqsyan Fransaya işgüzar səfərə gedib.
Ermənistan KİV-inə istinadən xəbər verilir ki, o, Fransa Senatının sədri Jerar Larşe, parlamentin aşağı palatası olan Milli Assambleyanın sədri Fransua de Rüji, eləcə də Fransa-Ermənistan parlament dostluq qrupunun üzvləri ilə görüşüb.
S.Sarqsyan yanvarın 23-də fransalı həmkarı Emmanuel Makronla görüşəcək.
Qeyd edək ki, S.Sarqsyan yanvarın 24-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında iştirak edəcək. O, sessiyada çıxış edəcək və deputatların suallarını cavablandıracaq./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər