Serj Sarqsyan baş müşaviri və mətbuat katibini işdən çıxarıb
09.04.2018 1265 0
Səlahiyyət müddəti bu gün başa çatacaq Ermənistan prezidenti Serj Sarqsyan baş müşaviri və mətbuat katibi Aram Qaribyanı tutduğu vəzifədən azad edib.
“Novosti-Armenii”yə istinadən xəbər verilir ki, S.Sarqsyan aprelin 9-da bu barədə sərəncam imzalayıb.
Qeyd edək ki, apelin 9-da günorta saatlarında S.Sarqsyanın səlahiyyət müddəti başa çatacaq. Armen Sarkisyan saat 12:00-da Ermənistanın yeni prezidenti kimi and içəcək. /Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər