Serj Sarkisyanın yeni qarın ağrısı
15.05.2015 771 0.0 0

“Şərq tərəfdaşlığı”nın Riqa sammitində Ermənistan nümayəndə heyətinə kimin başçılıq edəcəyi hələ də sirri olaraq qalır. Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanovun keçirdiyi brinfinqdə verdiyi açıqlamadan sonra bu nəticəyə gəlmək olur ki, nümayənldə heyətinə kimin başçılıq edəcəyi hələ naməlumdur. 

Əvvəl isə dəfələrlə bildirilmişdi ki, respublikanı sammitdə prezident Serj Sarkisyan təmsil edəcək. 

Bu gün heç kimdən gizli deyil ki, Ermənistan Avrasiya İttifaqına daxil olduqdan sonra rəsmi İrəvanla Avropa Birliyi arasında münasibətlər xeyli soyuqlaşıb. İrəvanın bu addımı Avropa ölkələrini şoka salmışdı. Halbuki, onlar “Şərq tərəfdaşlığı” çərçivəsində bu ölkəyə bir sıra təkliflər etmək niyyətində idi bu bunlar əsasən iqtisadi xarakterli təkliflər olmalı idi. 

Əlbəttə, Riqa sammitində erməni nümayəndə heyəti yenə ağlaşma quracaq, ölkəsinin ağır vəziyyətini gözə soxaraq, hansısa sazişlər bağlanmağa çalışacaq. Amma Latviya paytaxtından gələn məlumatlardan anlamaq olur ki, çətin ki, bu, baş tuta. Avropa Ermənistanın əməllərindən çox məyus olub. 

Bun görə də erməni siyasətçilərinin fikrincə, Serj Sarkisyanın Riqaya səfər etməsi və oradan boş əllərlə geri qayıtması dövlət başçısının nüfuzuna mənfi təsir göstərə bilər. Ölkədə yaşanan iqtisadi iflas üzündən Sarkisyanın nüfuzu onsuz da çox aşağıdır. Necə deyərlər, aşağıdan da aşağıdır. 

Buna görə də rəsmi İrəvan hansısa sənədə imza atdırmaq üçün sammitə kimi göndərməyin təlaşı içindədir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar