Ermənistan müxalifətinin aparıcı simalarından biri, parlamentin deputatı Naira Zoqrabyan erməni homoseksualların hücumuna məruz qalıb.
Məlumata görə, Ermənistanda fəaliyyət göstərən 18 ictimai təşkilat və 4 fərdi şəxs Avropa Şurasının Parlament Assambleyasına (AŞPA) məktub yazaraq AŞPA nümayəndə heyətinin üzvü olan Naira Zoqrabyanı cəzalandırmağı tələb edirlər. Erməni homoseksuallar iddia edir ki, Naira Zoqrabyan AŞPA-da həmişə LQBT icmasının xeyrinə olan layihələrin əleyhinə səs verməyə çağırır. Erməni geylər Naira Zoqrabyanın LQBT icmasından AŞPA tribunasında üzr istəməsini tələb edirlər.
Əksər erməni ekspertlər bu fikirdədir ki, homoseksualları Naira Zoqrabyanın üstünə Serj Sarkisyanın rəhbərlik etdiyi “Qarabağ” klanı qaldırıb. Məsələ bundadır ki, Qaqik Sarukyanın istefasından sonra o, radikal müxalifət mövqeyi tutan “Çiçəklənən Ermənistan” partiyasının lideri seçilib. Naira Zoqrabyan həm də AŞPA-nın tribunasında çıxış edən Serj Sarkisyanı 50 milyon dollar rüşvət almaqda günahlandırmışdı. /anspress/