Serj Qarabağdan əl çəkir
15.04.2015 709 0.0 0

İrəvan işğal etdiyi Azərbaycan torpaqlarına ayırdığı maliyyə resursları ilə bağlı daha sərt siyasətə keçib.

Məlumata görə, Ermənistan büdcəsindən işğal rejimi üçün kredit kimi ayrılan vəsaitlərin faiz dərəcəsi 2015-ci ilin ikinci rübündə 800 dəfə qaldırılıb. 

“Haykakan jamanak” qəzetinin yazdığına görə, Dağlıq Qarabağın maliyyələşdirilməsi indiyə kimi ucuz büdcə kreditləri şəklində gerçəkləşdirilirmiş və faiz dərəcəsi çox aşağı (0,01%) təşkil edirmiş. Həmin borcların geri qaytarılması isə ildən-ilə təxirə salınırmış. 

İlkin razılaşmaya görə, 2015-ci ildə İrəvan işğal rejiminə illik 0,01%-lə 45 milyard dram verməli idi. Amma hazırda Serj Sarkisyan hakimiyyəti həmin pulu xarici valyutaya çevirib. Beləliklə, İrəvan bu il Dağlıq Qarabağdakı işğal rejiminə 120 milyon dollar verəcək və bunu illik 8 faizlə rəsmiləşdirəcək. 

Erməni mətbuatı Serj Sarkisyan hakimiyyətinin bu addımının səbəblərini anlaya bilmir. Amma, görünür, İrəvan Dağlıq Qarabağı Azərbaycana qaytarmaqdan başqa bir yolu qalmadığını anlayır və bu prosesdən maksimum fayda ilə çıxmağa çalışır. 

Məntiq də aydındır, Dağlıq Qarabağı geri götürən Azərbaycan onun borclarına da sahib çıxmalıdır. Təbii ki, İrəvanın Dağlıq Qarbağa borc kimi verdiyi pulları da ödəməlidir. Özü də bu pullar elə də kiçik deyil, borcların əsas hissəsi kobud hesabla 21 illik müddət üçün təxminən 2,5 milyard dollar təşkil edir. Amma faiz dərəcələri qaldırılarsa, bu, borcu maksimum artırmağa imkan yaradar. Qarabağı geri verən ermənilər əlavə xərcdən can qurtarmaqla yanaşı, 3 milyard dollara yaxın əlavə valyuta ehtiyatı qazanacaq. Bu, isə Ermənistanın təxminən illik büdcəsi qədərdir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar