Serj Putini satmağa gedib
06.05.2015 678 0.0 0

ABŞ və Ermənistanın bu həftə Vaşinqtonda ikitərəfli ticarət və sərmayələr barədə saziş bağlayacaqlar. 

Məlumata görə, bu barədə ABŞ-ın Ermənistadakı səfiri Riçard Milz bildirib. Səfir deyib ki, müqavilə iki ölkə arasında ticarət və biznes üzrə daha geniş imkanlar əldə etməyə şərait yaradacaq. 

Statistikaya görə, Ermənistanın xarici ticarətinin cəmi 4 faizi Amerikanın payına düşür və iki ölkə arasındakı ticarət dövriyyəsi $221 mln təşkil edir. Görünür, indən belə ABŞ-dan Ermənistana ixracat artacaq. Hər halda, Ermənistandan ABŞ-a gedəsi bir şey yoxdur. Ermənilərin ruslara “konyak” adı altında sırıdığı brendi Amerika sakinlərinə lazım deyil, çünki Fransadan həqiqi konyak alırlar.

Amma Amerikadan Ermənistana göndəriləcək çox məhsul var - ucuz soya yağı, broyler üçün soya əsaslı yem, ucuz toyuq budları və s. Görünür, müqavilədən sonra həmin məhsulların Ermənistanda satışı artacaq. 

Bax, burda Kərəmi, daha doğrusu Putini ağlamaq tutacaq. Rusiya lideri Qərbin sanksiyalarına cavab olaraq Avrasiya İttifaqı çərçivəsində Qərb mallarını boykot etməyi buyurub. Amma başını Barak Obamanın qucağına soxmaq istəyən Serj Sarkisyan Putinin bu istəyinə naz edir. Məişət dilində, elə diplomatik dildə də bunə xəyanət deyirlər. 

Amma nə eləmək olar? Qucaqdan qucağa yer dəyişmək qədim erməni sənətidir. Allah Serjin xəsiyyətini kəssin…/anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar