Sergey Skripalın qızı xəstəxanadan çıxıb
10.04.2018 1225 0
Martın 4-də Böyük Britaniyanın Solsberi şəhərində atası ilə birlikdə huşsuz vəziyyətdə tapılaraq xəstəxanaya aparılan Yuliya Skripal xəstəxanadan buraxılıb.
“Reuters”ə istinadən verilən xəbərə görə, bunu xəstəxananın tibb müdiri Kristin Blanshard deyib. O bildirib ki, Skripal və qızı müalicəyə son dərəcə yaxşı reaksiya veriblər: “Ancaq xəstələrin hər ikisində bərpa fərqli mərhələdə gedir. Sergey Skripal Yuliya ilə müqayisədə daha yavaş bərpa olur, ancaq biz ümid edirik ki, o da xəstəxanadan çıxa bilər. Onun da vəziyyətində inkişaf var və artıq kritik mərhələdə deyil".
Qeyd edək ki, Skripalların zəhərlənməsi hadisəsi beynəlxalq miqyasda geniş əks-səda doğurub və Rusiya ilə Qərb arasında yeni diplomatik böhrana səbəb olub./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər