Sergey Lavrov Türkiyəyə səfər edəcək
24.11.2016 658 0
Rusiya xarici işlər naziri Sergey Lavrov dekabrın 1-də Türkiyəyə səfər edəcək.
APA-nın verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
O, Rusiya XİN başçısının Alaniya şəhərində keçiriləcək Rusiya-Türkiyə birgə strateji planlaşma qrupunun V iclasında iştirak edəcəyini söyləyib: "Lavrovun səfəri zamanı aktual beynəlxalq problemlər, o cümədən Suriya münaqişəsi və Cənubi Qafqazdakı vəziyyət müzakirə olunacaq".
M. Zaxarova Rusiya-Türkiyə birgə strateji planlaşma qrupunun iclasının ötən ilin noyabrın 24-də Suriya səmasında Rusiya hərbi təyyarəsinin vurulmasından sonra ilk dəfə keçirildiyini vurğulayıb.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər