Sergey Lavrov Qasım Süleymaninin öldürülməsini pisləyib
04.01.2020 532 0.0 0

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Mayk Pompeo ilə telefon danışığında vurğulayıb ki, iranlı general Qasım Süleymaninin öldürülməsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.

RİA “Novosti”yə istinadən xəbər verilir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.

"Bağdad aeroportuna zərbənin gedişatında Qasım Suleymaninin ABŞ hərbçiləri tərəfindən öldürülməsi ilə əlaqədar vəziyyət müzakirə edilib”, - deyə Rusiyanın xarici siyasət idarəsində qeyd ediblər.

Lavrov vurğulayıb ki, BMT-yə üzv dövlətin rəsmi nümayəndələrinin üçüncü suveren dövlətin ərazisində BMT-nin üzvü olan digər dövlət tərəfindən öldürülməsi ilə bağlı məqsədyönlü aksiya beynəlxalq hüquq prinsiplərini kobud şəkildə pozur və qınanılmağa layiqdir./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar