Sergey Lavrov Bakıya gəlib
06.04.2016 666 0
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri başlayıb. Məlumata görə, hazırda Bakıda Sergey Lavrovla Azərbaycan prezidenti İlham əliyev arasında görüş keçirilir.
Aprelin 7-də Azərbaycan paytaxtında Rusiya, İran və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Rusiya XİN-dən verilən məlumata əsasən, cümə axşamı Sergey Lavrovla Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov arasında ikitərəfli görüş keçiriləcək.
Həmin görüşdə əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsində yaranmış son vəziyyət olacaq./anspress/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər