Separatçı Dağlıq Qarabağ rejiminin əsas sponsorlarından biri ölüb
18.10.2017 684 0
Dağlıq Qarabağdakı qondarma rejimi maliyyələşdirən əsas fiqurlardan olan erməni biznesmen Levon Ayrapetyan ölüb.
Ermənistan mətbuatına istinadən verilən məlumata görə, bu barədə onun ailəsindən bildirilib.
68 yaşında ölən L. Ayrapetyan Moskvada dəfn olunacaq.
Qeyd edək ki, o, 700 min dollar vəsaiti mənimsəməkdə təqsirli bilinərək 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Erməni iş adamı “Başneft” işi ilə əlaqədar mənimsəmə və çirkli pulların yuyulmasında ittiham olunub.
Xəstəliyi ilə əlaqədar sonradan məhkəmə qərarı ilə ev dustaqlığına buraxılıb.
L. Ayrapetyan dünyadakı erməni diasporunun 10 ən varlı fəalından biri hesab olunurdu./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər