Sena məcrasından çıxdı, Parisi su basdı-FOTO
25.01.2018 874 0.0 0

Fransada Sena çayı məcrasından çıxıb.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, çayda suyun səviyyəsi ən azı 3,3 metr qalxıb. Daşqın nəticəsində sahilə yaxın ərazilər su altında qalıb.

 

 

 

 

Yerli hakimiyyət şəhərin şərq hissəsindən Eyfel qülləsinədək çay boyunca yollarda hərəkəti dayandırmağı qərara alıb.

Parisin 6 dəmiryol vağzalı bir neçə günlük bağlanıb.

Meteoroloqların proqnozuna görə, çayda suyun səviyyəsi yenə qalxacaq.

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar