Sel suları Cəlilabadda da problemlər yaratdı
30.10.2015 503 0.0 0

 

 

 

İntensiv yağışlar Cəlilabadda da fəsadlar törədib. Məlumatına görə, ən çox ziyan rayonun Albalan kəndində müşahidə olunub.

Belə ki, sel suları kənddə iki körpünü yuyaraq yararsız vəziyyətə salıb. Nəticədə yaşayış məntəqəsinin bir tərəfinin digər tərəflə əlaqəsi kəsilib.

Sel suları kənddə həmçinin şəxsi və ictimai təsərrüfatlara, əkin sahələrinə də ciddi ziyan vurub. Albalan kəndini elektrik enerjisi ilə təmin edən transformatr sel sularından ziyan çəkdiyindən qaldığından yerli sakinlər işıqsız qalıb.

Mövcud vəziyyətlə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin əməkdaşları və yerli icra strukturlarının nümayəndələri kəndə gələrək, hadisə yerinə baxış keçiriblər. Evləri suyun altında qalmış sakinlər müvəqqəti olaraq yaxınlarının evlərinə köçürülüb.

Rayonun Ağdaş kəndində subasma hallarının baş verdiyi deyilir. Hazırda cənub bölgəsinin bütün rayonlarında yağıntılı hava şəraiti davam edir./anspress/

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar