Sekuta Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
19.05.2015 679 0.0 0
Bu gün Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.

 

Şimal bürosunun xəbərinə görə, səfirə ermənilərin bu ərazidə azərbaycanlılara qarşı törətdiyi soyqırım barədə məlumat verilib. 

 

R. Sekuta bildirib ki, Qırmızı Qəsəbədə azərbaycanlılarla yəhudilərin birlikdə dostluq və sülh şəraitində yaşaması birgə yaşayışın uğuru nümunəsidir: “Tarixdə digər nümunələr də var. Bu muzeylə tanışlıq bir daha göstərir ki, tarixi yaxından və diqqətlə öyrənmək lazımdır. Ondan ibrət dərsləri götürmək lazımdır ki, bir daha belə hallar baş verməsin”.
 

R. Sekuta muzeyin xatirə kitabına öz ürək sözlərini yazıb. /apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar