Sekuta: Azərbaycanın oynadığı mühüm rol xüsusi vurğulanıb
06.05.2016 568 0
“Bu yaxınlarda ABŞ-la Avropa İttifaqı arasında enerji məsələləri üzrə məsləhətləşmələr keçirilib”.
Məlumata görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. O bildirib ki, məsləhətləşmələrin əsas mövzusu Avropanın enerji təhlükəsizliyi olub və Azərbaycanın oynadığı mühüm rol xüsusi vurğulanıb: “Biz hazırda Cənub Qaz Dəhlizi üzərində Azərbaycan və Aİ ilə birgə işimizi davam etdiririk. Bu məsələ Avropanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət kəsb edir”. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər