Məşhur türk müğənnisi Seda Sayan məhkəməlik olub.
Məlumata görə, müğənninin probleminin yaranmasına səbəb beş il öncə Bəyoğlundan aldığı kafe olub.
Məhkəmədə Seda Sayan, Özlem Özgür Bükülmez, Senem Cimilli Gürler və Rıdvan Beşer adlı şəxslər ittiham edilən şəxs qismində göstəriliblər.
Ərazi tarixi məkan olduğu üçün orada tikinti işlərinin aparılması qadağan edilib. İddiaya görə, adıçəkilən şəxslər Sayanın sahibi olduğu kafenin arxa hissəsində qanuna zidd olaraq tikinti işləri aparılıb. Bundan başqa bağçadan kafenin ərazisi kimi istifadə edilib.
İndi S.Sayanın da aralarında olduğu təqsirləndirilənlərin 2 ildən 5 ilə kimi azadlıqdan məhrum edilməsi tələb edilir.
Qaldırılan iddia ilə bağlı ötən il ifadə verən S.Sayan isə bunları iftira adlandırıb. "Mən bu daşınmaz əmlakı 2012-ci ildə satın almışam. O zaman kafe kimi fəaliyyət göstərirdi. Müqavilə hazırda da davam edir. Heç bir dəyişiklik olmayıb. Deyilənlərin hamısı iftiradır".
Proses sentyabr ayına kimi təxirə salınıb. /anspress/