Seçki dövründə vəfat etmiş namizəd qələbə qazandı
28.11.2021 403 0.0 0

Hindistanın Bihar əyalətinin Camui rayonunun Dipakarhar kəndində yerli şura seçkilərində səsverməyə iki həftədən çox qalmış vəfat edən namizəd qalib gəlib.

Trend xəbər verir ki, Soxan Murmu adlı şəxs seçkilərdə qalib gəlincə onun müvafiq sənədi götürmək üçün gəlmədiyi səbəbindən seçki komissiyasının təmsilçiləri onun yaxınlarına müraciət edib. Nəticədə aydınlaşıb ki, o, 6 noyabr tarixində dünyasını dəyişib. Üstəlik, seçki komissiyasına onun ölümü ilə bağlı məlumat bilərəkdən verilməyib.

"Rəqibini 28 səslə məğlub edən Murmunun ailə üzvləri mərhumun son arzusunun seçkilərdə qalib gəlmək olduğunu bildiriblər. Buna görə də onun ölümü ilə bağlı müvafiq qurumlara məlumat vermilməyib", - deyə seçki komissiyadan bildirilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar