Saxta pulların dövriyyəsi ilə məşğul olan Naxçıvan sakini tutulub
13.01.2016 646 0.0 0

Saxta pulların dövriyyəsi ilə məşğul olan Naxçıvan sakini tutulub.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şərur rayon sakini Röyal Nəsirov 20 ədəd saxta 100 manatlıq əsginası satarkən yaxalanıb. Onun paytaxtın Nərimanov rayonunda kirayədə yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 36 ədəd 100 manatlıq, 65 ədəd 50 manatlıq, 72 ədəd 20 manatlıq, 39 ədəd 5 manatlıq saxta əskinaslar, habelə printer və pul kəsmək üçün alət də aşkarlanaraq götürülüb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar