Saxta alkoqollu içkilər aşkar olunub
24.01.2022 451 0.0 0

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Qazeta.info AQTA-nın məlumatına əsasən bildirir ki, agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, Tağı Arani küçəsində yerləşən ticarət mərkəzində fiziki şəxs Vəliyev Orxan Fidail oğlunun istifadəsində olan satış bölməsində keçirilən yoxlama zamanı saxta spirtli içkilər aşkar edilib. Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, 198 ədəd yerli və xarici istehsalçı şirkətlərə məxsus müxtəlif adda (“Rusinka”, “Medovka”, “Antik”, “Qələbə”, “Forest”, “Karaki”, “Zolotoe Koltso”, “Taynik”, “Old Reserved”, “İti Qovan”, “Xan Crystal”, “Organic Line”, “Belovka”, “Bio Organic”, “Organic Natural”, “Freshlife”, “Organic new”, “Kremlin”, “Beluga”, “Nemiroff”, “Zerinoff”, “Guseinof”, “Vodka №1”, “Organic Vodka”, “Organic Sold”, “Banketnaya”,  “Nastayaşaya”, “Arxangelsk”, “Mahal”, “Admiral”, “Sapphire”, “Oligarch”, “Storman”, “Organic Nation”, “Organic Naval”, “Zakaznaya”, “Alphine”, “Gusi”, “Organic Greeenfield”, “Kremlinka”, “Hello”) əmtəə nişanı altında hazırlanan saxta spirtli içkilər müsadirə olunaraq saxlanca verilib. Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Araşdırmalar davam edir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar