Savaşa start: Facebook inqilabi yeniliyə başlayır - FOTO
26.03.2015 760 0.0 0

Dünyanın ən populyar sosial şəbəkəsi Facebook çat-proqramı olan Messengeri platformaya çevirməyə başlayıb. 
 

Gizmodo-ya istinadən bildirir ki, bundan belə proqramçılar Facebook Messenger üçün xüsusi əlavələr və proqramlar yarada bilərlər.
Mütəxəssislərin fikrincə, Facebook bu minvalla ən ciddi rəqibləri olan Apple və Google korporasiyalarına "savaş elanı" il çıxış edir.
 
Facebook-un sahibi və direktoru Mark Zukerberq sosial şəbəkənin hər il keçirdiyi ənənəvi F8 konfransında dünən çıxış edərkən deyib: "Facebook əlavələr və proqramlar ailəsidir. Bütün platformalarda olan Facebook proqramından savayı, bu ailəyə İnstagram və WhatsApp, habelə Hyperlapse, Groups, Facebook at Work və ya Slingshot da daxildir".
 
Bütün bunlara rəğmən, istifadəçilər uğrunda mübarizədə sosial şəbəkə əsas "silah"ı qismində Messenger-i görür. Mobil qurğular vasitəsilə sosial şəbəkədəki dostlarla yazışmaq istəyən istifadəçiləri Facebook bir qədər əvvəl məcburi qaydada məhz Messenger-ə yönləndirmişdi.
Bundan belə Messenger-də yeni əlavələr və funksiyalar olacaq. Üstəlik, yeniliklərdən sonra Messenger vasitəsilə yalnız Facebook-dakı dostlar yox, yeni proqramda qeydiyyatdan keçimiş şirkətlərlə də yazışmaq mümkün olacaq.
 
Ekspertlər onu da vurğulayırlar ki, Facebook bu minvalla Asiyada çox populyar olan LİNE və ya WeChat messencerlərini təkrarlayır.
Facebook-dakı daha bir yenilik isə sosial şəbəkədə yerləşdirilən və paylaşılan videoların istənilən saytlarda təkrarlanmaq üçün pleyer funksiyası olacaq.
 
Beləcə, YouTube-a da rəqib yaradılır.
 
"Sferik video" funksiyası isə istifadəçiyə hansı tərəfə baxmağı seçməyə imkan verəcək./milli.az/
 
 
 
 
 
 
 
 
 
 
 
 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar