Cassini zond aparatı Saturn planetinin yeni orbitdən çəkilən ilk fotosunu göndərib.
Məlumata görə, "NASA Cassini" kosmik aparatı planetin halqalı müstəvisini keçmək üçün yeni orbitə yerləşib və müəyyən fotolar çəkib.
Fotolar 2 dekabr tarixində Saturndan 640 min km uzaqlıqdan lentə alınıb. Təsvirlərin miqyası 1 hər pikselə görə 153 km-dir. Hər foto müxtəlif uzunluqlu işıq şüalarına qarşı həssas olan xüsusi filtrlə lentə alınıb. Bunun sayəsində müxtəlif hündürlükdə olan tüstü və buludları görmək mümkündür.
Aparat 11 dekabr tarixində sonuncu dəfə halqaların yanından keçəcək. Cassini 2017-ci il 22 aprel tarixinə qədər orbital səyahətinə davam edəcək. 15 sentyabrda isə Saturn planetinin atmosferinə daxil olacaq. Aparat siqnal itənə qədər Yerə planetin tərkibi haqda məlumatlar ötürəcək./olke.az/