Satışda saxta Çin yumurtası: MÜTLƏQ OXUYUN!
20.11.2016 1437 0.0 0

Çinlilər – onlara təqlidin ustaları da deyə bilərik. Bu vaxta qədər geyim, aksesuar, şəkillər, memarlıq abidələri, hətta şəhərləri belə təqlid ediblər. Amma söhbət yumurtadan gedirsə, bu zaman düşünməyə dəyər.

Çinlilər bu dəfə saxta yumurta hazırlayıb. Digər qidaların saxtasını, təbiidən ayırmaq müəyyən qədər mümkündür. Amma yumurtanı ayırmaq çox çətin olacaq.

 

 

Təbii yumurta zülallar, qlükoza, karbohidratlar, minerallar və bir çox vitaminlərlə zəngindir. Ona görə də həkimlər gündə bir yumurta yeməyi məsləhət görür, uşaq qidasında isə onun rolu əvəzedilməzdir.

Saxta yumurta isə içiboş bir cisimdir, onda faydalı heç nə yoxdur. Qabığı gips, kalsium və parafindən ibarətdir. İçərisindəki yumurta ağı və sarısı jelatin və kalsium qarışığından əmələ gəlir.

Bu “incəsənət əsəri”ni yeməyin nəticələri gözlənilməz ola bilər. Uzun müddət bu yumurtaları istifadə etmək əsəb sistemlərinə neqativ təsir edə bilər. Saxta yumurtalar uşaqların əqli inkişafını azalda bilər.

Bəs saxta yumurta necə hazırlanır?

 

 

Saxta yumurtalar o qədər məharətlə hazırlanır ki, onlara heç nəyi irad tuta bilməzsiniz. Hətta qabığın aşağı hissəsindəki hava membranı belə yaradılır.

Əvvəlcə yumurtanın sarısı hazırlanır. Kimyəvi qarışıq piqmnetlərlə sarı rəngə boyanır, xüsusi forma verilir. Sonra bu qarışıq maddə kaliuma salınır və onun ətrafında nazik qoruyucu təbəqə formalaşdırılır. Bununla da yumurta sarısının axmasının qarşısı alınır. Bu formada yumurta sarısı zülalla böyüyür.

Hazırlanmış məhlul süni qabıqla örtülür bir neçə dəfə parafin, gips və kalium tozundan hazırlanmış məhlula salınır.

 

 

Qurudulur və beləliklər yumurta hazırdır. Mahir işçi tərəfindən istehsal edilən yumurta görünüş baxımdan toyuq yumurtasında fərqlənmir.

Üstəlik, saxta yumurtanın hazırlanmasının maya dəyəri toyuq yumurtasında 25% ucuz başa gəlir. İnsanları da ən çox cəlb edən məhz daha az xərclə daha çox gəlir götürmə məsələsidir. Çünki az xərclə başa gələn məhsulu bazarda orijinal məhsullarla müqayisədə ucuz satmaq və əla qazanmaq olar. Onsuz da, ilk baxışda alıcı fərqi hiss etmir. Əlbəttə, Pekin, Şanxay və Çinin bir çox böyük şəhərlərində satırlar. Amma elə düşünməyin ki, sizin ölkənizdə satılmır.

Bəs həqiqini saxtadan necə ayıraq?

 

 

Bu o qədər də asan deyil. Ağır iş gününün ardından yorğun halda marketə daxil olan alıcı fərqi heç hiss etməyəcək. Onu ancaq həmişə aldığı yumurtanın daha ucuz olması təccübləndirə bilər. Amma bu qiymətə görə də heç kim saxtalaşdırmada ittiham etmək olmaz.

Lakin bir az diqqətli olsanız iki yumurta arasındakı fərqi tapa bilərsiniz.

 

 

Birinci fərq süni yumurtanın qapığı daha parlaq olur. Amma bu məsələ mübahisə predmeti ola bilər. İkinci məqam isə yumurtanı sındıranda ortaya çıxır. Bunun üçün yumurtanı sındırıb bir müddət qabda saxlayın.Tədricən yumurtanın ağı ilə sarısının bir-birinə qarışdığını müşahidə edəcəksiniz. Çünki süni yumurtada ağı və sarısı oxşar tərkibli maddələrdən əldə edilib. Növbəti fərqi isə bişirəndən sonra aşkar edə bilərsiniz. Yumurtanı qaynadıb sarısını 6 saat soyuducuda saxlayın. Əgər təbiidirsə, o bir az göyərəcək. Həmin yumurtanın sarısı ovulmayacaq və əksinə jelatinə bənzər forma alacaq, zülal azca çatlaya bilər.

 

 

Ancaq bu yumurtanı hansısa yeməyin tərkibində yesəniz fərqi heç vaxt hiss edə bilməzsiniz.

Düzdür, bu yumurtaların satışı qadağandır. Amma bu qadağa daha çox qazanmaq istəyən sahibkarı heç vaxt durdura bilməz. Nə qədər ki, ucuz məhsullara ehtiyac duyan insanlar var, bu sahibkarların həmişə bazarı olacaq. Təəssüf ki, bu məhsullar sərhəd tanımadan süfrələrimizə gəlib çata bilir. Hələlik yeganə çıxış yolu diqqətli olmaqdır./publika.az/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar