Sarqsyanı müşayiət edən iki zabit avtomobil qəzasında ölüb
08.12.2016 927 0
Ermənistanın Sünik vilayətində baş verən yol nəqliyyat hadisəsi nəticəsində ölkənin Müdafiə Nazirliyinin Təhlükəsizlik Xidmətinin əməkdaşları - avtomobili idarə edən leytenant Armen Musikyan və kapitan Aleksan Simonyan ölüb.
Qazeta.info “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, qəza Yerevan-Gorus avtomobil yolunda baş verib.
Belə ki, “Lexus” markalı “PN 0001” dövlət nömrə nişanlı avtomobil Meğri –Yerevan yolunun 231-ci km-də yolun hərəkət hissəsindən çıxaraq, 40 metr yuvarlanmaqla dərəyə düşüb.
Onların Ermənistan Prezidenti Serj Sarqsyanı Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfərdə müşayiət etdikləri ehtimal olunur.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər