Sarqsyan hakim partiyadan prezidentliyə namizədin adını yanvarın 28-də açıqlayacaq
18.01.2018 900 0.0 0

Prezident Serj Sarqsyanın rəhbərlik etdiyi Ermənistanın hakim Respublikaçı Partiyası prezident seçkilərində iştirak edəcək namizədinin adını yanvarın 28-də açıqlayacaq.

Bu barədə "İnterfaks"a istinadən xəbər verilir.

"Prezidentliyə namizədin adı yanvarın 28-də - Ermənistan Silahlı Qüvvələri günündə açıqlanacaq. S.Sarqsyan namizədin adını şəxsən elan edəcək", - Ermənistanın "Qraparak" nəşri mənbələrinə istinadən yazıb.

Xatırladaq ki, S.Sarqsyanın səlahiyyətləri aprelin 9-da başa çatacaq. Yeni konstitusiyaya əsasən, Ermənistanın yeni prezidenti parlament tərəfindən seçiləcək./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar