Ermənistan prezidenti Serj Sarqsyan 2018-ci ilin aprelinədək səlahiyyətlərini icra edəcək.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Prezident Aparatının rəhbəri Armen Gevorkyan noyabrın 1-də parlamentdə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, 2017-ci ildə keçiriləcək parlament seçkilərindən sonra tətbiq olunacaq yeni idarəetmə sistem S.Sarqsyanın səlahiyyətləinin icrasına mane olmayacaq: “Bununla barışmaq lazımdır”.
A.Gevrokyan bunun qanuni yolunun necə olduğunu açıqlamayıb.
Qeyd edək ki, 2015-ci il dekabrın 6-da keçirilən konstitusiya islahatı ilə bağlı referendumda Ermənistan parlamentli sistemə keçib. 2017-ci ilin aprelində keçirilməsi nəzərdə tutulan parlament seçkisindən sonra ölkədə parlamentin və hökumətin səlahiyyəti artırlacaq. Bu halda prezident kimi S.Sarqsyanın da səlahiyyəti vaxtından qabaq başa çatmalıdır. Çünki qəbul edilən konstitusiya dəyişikliyinə əsasən, prezidenti parlament seçməlidir.