Sarkisyanın masonlarla əlaqəsi üzə çıxdı
03.05.2017 1209 0.0 0

"Böyük Şərq" mason təşkilatı Ermənistanda öz filialını açmağa hazırlaşır.

“Joğovurd”a istinadən xəbər veriLİr ki, təşkilatın rəhbəri Kristof Abbas bu yaxınlarda İctimai Şuranın sədri Vazgen Manukyanla görüşüb.

Görüşlə bağlı mətbuata açıqlama verən Vazgen Manukyan təfərrüatlara varmaq istəməyib:
"Düşünürəm ki, dünyada az və ya çox rola malik olan bütün qüvvələrlə görüşmək, danışmaq lazımdır və bu baxımdan hər hansı problem görmürəm".

“Masonlarla hansı məqsədlə görüşmüsünüz” sualına Manukyan "bunu artıq onlardan soruşun, məndən yox"- deyə cavab verib. 

O, Ermənistanda mason lojasının açılmasını normal hesab edib: "Əgər dövlət qanunlarını pozmurlarsa, qoy açsınlar" 

Eyni zamanda, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq nazir müavini Qurgen Yeğiazaryan “Joğovurd”a bildirib ki, masonlar Ermənistanda prezident Serj Sarkisyanın icazəsi və təlimatı ilə fəaliyyət göstərirlər./AzVision.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar