Sarkisyanın iştirak etdiyi toyda Azərbaycan mahnısı səsləndi - VİDEO
18.09.2017 1105 0.0 0

Ötən gün Moskvanın “Safir” sarayında erməni milyarder, “Taşir” şirkətlər qrupunun sahibi Samvel Karapetyanın oğlunun toy mərasimi olub.

Rusiya KİV-lərinə istinadən xəbər verilir ki, tədbirdə Ermənistan prezidenti Serj Sarkisyan, baş nazir Karen Karapetyan və digər rəsmilər, eləcə də, Rusiya şou-biznesinin nümayəndələri - Alla Puqaçova, Filipp Kirkorov, Vera Brejneva, Nikolay Baskov, Sergey Şnurov, Kseniya Sobçak, Andrey Malaxov, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov və xanımı Tatyana Navka, italyan müğənni Eros Ramazotti də iştirak edib.

Bəy-gəlin Azərbaycanın xalq mahnısı olan “Tello”nun sədaları altında saraya daxil olub.

Qeyd edək ki, bu, ermənilərin Azərbaycan mədəniyyəti ilə bağlı ilk oğurluq hadisəsi deyil./Oxu.az/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar