Qarabağda 4 günlük müharibədən sonra Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağa səfər etməsi və Xankəndində müşavirə keçirməsi erməni mətbuatında geniş müzakirə edilir.
Məlmata görə, “Joxovurd” qəzeti yazır ki, Sarkisyanın Qarabağa təcili səfərinin məqsədi burada həbçiləri mükafatlandırmaq və ya təmas xəttində yerləşən mövqelərə baxış keçirmək deyildi.
Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı gizli və sürətli proseslərin getdiyini yazan qəzet onu da vurğulayır ki, Sarkisyan Qarabağın qaytarılması ilə bağlı xalqa müraciət edəcək.
Rusiya prezidenti Vladimir Putinin münaqişənin həllini birbaşa öz nəzarətinə götürməsi barədə xəbərlərin yayıldığını qeydən qəzet yazır ki, yaxın günlərdə Qarabağ məsələsi üzrə aktiv danışıqlar başlanacaq:
"Sarkisyan Dağlıq Qarabağa məhz buna görə səfər edib və torpaqların qaytarılması məsələsini müzakirə edir. Yaxın günlərdə Serj bununla bağlı xalqa müraciət edəcəyi gözlənlir".
Qəzet məsələ ilə bağlı Ermənista prezidentinin mətbuat xidməti ilə əlaqə saxlayıb. Mətbuat katibi bildirib ki, Sarkisyanın Qarabağa səfərinin danışıqlarla əlaqəsi yoxdur.
Ermənilərin 1in.am saytı isə yazır ki, əgər Sarkisyanın Qarabağa səfərinin danışıqlarla əlaqəsi yoxdursa, niyə səfərin detalları barədə ətraflı məlumat verilmədi. Səfərin bütün detalları hərbi və siyasi gizliliklə saxlanılır. Qarabağda 4 günlük müharibədən sonra Rusiyanın fəallaşması Sarkisyanı güzəştə getməyə məcbur edəcək.
Ermənistan prezidenti Serj Sarkisyan Xankəndində müşavirə keçirərkən
Serj Sarkisyan Azərbaycanın işğal altında olan ərazilərinə aprelin 18-də səfər edib. Aprelin Sarkisyan qondarma rejimin "rəhbərliyi" ilə müşavirə keçirib. Xankəndidə olan müşavirə gecə saatlarında baş tutub.
Müşavirədə separatçı rejimin rəhbəri Bako Saakyan, eləcə də hərbçilər iştirak ediblər. Bu zaman təmas xəttindəki hərbi vəziyyət də müzakirə edilib.
Müşavirədə nələrin müzakirə edildiyi barədə isə mətbuata ətraflı məlumat verilməyib./anspress/