Ermənistan prezidenti Serj Sarkisyan polis binasını nəzarətdə saxlayan silahlı qruplaşmanın üzvlərini təmkin nümayiş etdirməyə və təslim olmağa çağırıb.
“interfax.by” saytına istinadən verilən xəbərə görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. S. Sarkisyan bildirib ki, girovlar azad edilməlidir.
"Silahlı qruplaşma silahlarını yerə qoymalıdır. Sonrakı prosesdə hadisələrin tənzimlənməsi ciddi Konstitusiya nəzarəti və Ermənistan qanunları çərçivəsində baş verəcək. Şəxsi intiqam naminə olan bütün cəhdlər qanunun gücü ilə dayandırılacaq”,-deyə S. Sarkisyan Milli Təhlükəsizlik Xidməti, polis, prokurorluq və istintaq orqanları ilə keçirdiyi müşavirədə bildirib.
S. Sarkisyan hazırda öılənin çətin və məsuliyyətli günlər yaşadığını açıqlayıb: "Bunun səbəblərinə indi varmaq istəmirəm. İndi vaxtı deyil. Sadəcə, onu deyim ki, biz hamımız bundan nəticə çıxarmalıyıq. Bəli, Ermənistanda çox sayda narazılar var. Lakin heç kəs səhv etməsin və elə düşünməsin ki, dövlətçiliyimizin əsaslarını zəiflədə bilər"./apa/