Sarkisyan özünə yeni iş axtarır
12.05.2017 1180 0.0 0

Ermənistanın siyasi gündəmində 2018-ci ildən sonra gələcək baş nazirin mümkün namizədliyi məsələsi prioritet olaraq qalır. Karen Karapetyan baş nazir vəzifəsində qalma istəyini açıq-aşkar bəyan edib. Sarkisyan hələ səssiz qalsa da, siyasi analitiklərin müşahidələrinə görə, hazırki prezident Serj Sarkisyanın gələcək baş nazir, əslində isə dövlət rəhbəri olacağını gözlənilir.

Respublika ideoloji sektorunun nümayəndələri isə bu məlumatları təkzib edərək israr edirlər ki, Sarkisyan baş nazir kürsüsündə oturmaq fikrində deyil. Onların bildirdiyinə görə, Sarkisyan çox aydın şəkildə söyləyib ki, siyasi kariyerasını təhlükəsizlik sistemi ilə bağlayacaq.

Belə ki, bu proses özündə daha fərqli bir status deməkdir. Buna qədər Hovik Abrahamyan bildirirdi ki, guya ona Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsini təklif ediblər. Lakin, əslində bu vəzifə üçün daha fərqli bir namizəd var. Məsələ budur ki, Ermənistan konsitutsiya dəyişikliyindən sonra, Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsinin səlahiyyətləri böyüdülüb və bir çox məsələlərdə qərarların qəbul edilməsi hüququnu əldə edib. 

Əgər indiyədək Ermənistan Milli Təhlükəsizlik Şurası ümumən məşvərətçi orqan idisə, indi qərarlar diltə edən, əslində hakimiyyətin prosedurlarını icra edəcək birbaş orqana çevrilib. Bu isə, Ermənistanda həm daxili, həm də xarici siyasi proseslər üzərində şəxsi "möhür" hüququnun olması deməkdir. 

Bu vəziyyətdə Serj Sarkisyan çətin ki, əhəmiyyətli postu Hovik Abrahamyana etibar etsin. Məlumatlara görə, 2018-ci ildən sonra Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsini Serj Sarkisyan özü tutacaq./Azvision.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar