Sarkisyan nəticə çıxarmasa, silahlı çevriliş olacaq
24.06.2015 615 0.0 0

Hazırda Ermənistanda baş verən etiraz aksiyaları Ukraynadakı dövlət çevrilişinin birinci fazasını “birə bir” təkrar edir.

Məlumata görə, bu sözləri Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin üzvü İqor Morozov deyib.

ABŞ-ın İrəvandakı səfirliyi bu ölkənin xaricdəki ən iri diplomatik təmsilçiliklərindən biri olduğunu deyən Morozov ölkədəki etiraz aksiyalarının ABŞ tərəfindən yönləndirildiyini bəyan edib.

“Ermənistanda dövlət çevrilişi ola bilər. Əgər Sarkisyan Kiyev Maydanından nəticələr çıxarmasa, çevriliş olacaq. Ukrayna müxalifəti də prezident Yanukoviçlə danışıqlardan imtina etmişdi. Nümaayişçilərin qarşısında avropalı siyasətçilər nitq söyləyirdi. Burada da aksiyaları ABŞ-ın Kiyevdəki səfirliyi idarə edirdi” - Morozov bildirib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar