Sarkisyan Ermənistan ordusunun itkilərinin bir hissəsini etiraf edib
02.04.2016 675 0
Ermənistan prezidenti Serj Sarkisyan bu gün Dağlıq Qarabağdakı döyüşlərdə Ermənistan ordusunun məruz qaldığı itkilərin bir hissəsini etiraf edib.
APA-nın erməni KİV-lərinə istinadla verdiyi məlumata görə, S. Sarkisyan Təhlükəsizlik Şurasının iclasında çıxışında 18 nəfər itirdiklərini, 35-ə yaxın yaralılarının olduğunu bildirib.
S. Sarkisyan XİN-ə Ermənistan və “DQR” arasında qarşılıqlı hərbi yardım haqqında müqavilə imzalanması üçün hazırlıqlar aparılmasını və müvafiq layihənin parlamentə təqdim edilməsini tapşırıb.
Qeyd edək ki, bəzi erməni saytlarında Ermənistan ordusunun itkilərinin 100-dən çox olması barədə məlumatlar yayılıb.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər