SARKİSYAN RUSİAYNIN İFLASINI GÖZLƏYİRMİŞ
17.12.2014 944 0.0 0

Avrasiya İttifaqına daxil olmaq üçün müqavilə imzalamasına baxmayaraq, Serj Sarkisyan hakimiyyəti Rusiyanın iflasına hazırlaşır. 

Məlumata görə, bu fikir erməni şərhçi Naira Hayrumyanın bu günkü məqaləsində vurğulanır. Onun sözlərinə görə, Avrasiya İttifaqına daxil olmaq üçün hazırlığı başa çatdıran Ermənistan rəhbərliyi eyni vaxtda iki ssenariyə hazırlaşır. Birinci ssenari Rusiyadakı rejimin tam iflası ilə bağlıdır ki, bu zaman Avrasiya İttifaqı layihəsi də məhv olacaq. Nairi Hayrumyan bunu Ermənistanın “xilası” kimi dəyərləndirir. İkinci ssenari isə Putin rejiminin qalması və sovet dövlətinin, dəmir çəpərlərin bərpası ilə bağlıdır. 

“Üzdən Ermənistan özünü elə göstərir ki, ikinci ssenariyə hazırlaşır (dramı rubla bağlayıb, iqtisadiyyatı tam ruslara verib, Rusiyanı tənqid etməyə risk etmir). Amma sözün həqiqi mənasında isə Ermənistan rəhbərliyi Rusiyanın məhvinə hazırlaşır”,- deyə Naira Hayrumyan vurğulayır. 

Onun fikrincə, Ermənistan rəhbərliyi hətta Putinin iflasında sonra da hakimiyyətdə qalmaq istəyir, buna görə də istənilən dona girməyə hazırdır. //
ANS PRESS


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar