Sarımsağı balla qarışdırıb yesəniz... - MÖCÜZƏVİ QARIŞIM
17.09.2017 2391 3.5 0

Sarımsaq bal ilə qarışdırıldıqda sağlamlıq üçün faydalı bir hala gəlir. Ancaq ballı sarımsağın təsirinin görülməsi üçün bir həftə boyunca hər gün istifadə edilməsi məsləhət görülür. Sarımsaqlı balın faydalarını təqdim edirik.

 

Sarımsaq təkbaşına təbii antibiotik təsir göstərdiyindən sağlamlıq üçün olduqca faydalı bir qidadır. Ancaq mütəxəssislər sarımsağın əzildikdə daha faydalı olduğunu irəli sürürlər. Çünki tərkibindəki alicin maddəsi sarımsaq əzildiyi zaman və balla qarışdırıldığında təsirini çoxaldır.

 

Xərçəngin qarşısını alır

 

Balla sarımsaq qarışımı xərçəngin qarşısını alır. Eyni zamanda xərçəngə yol aça biləcək xəstəliklərə qarşı faydalı olduğu bildirilir. Siqaretin yaratdığı mənfi təsirləri azaldır.

Sarımsaqlı bal sağlam bir qaraciyərə və qan dövranına səbəb olur. Həmçinin zamanla bədəndə yığılan toksinləri də yox edir.

 

Xolesterolu salır

 

Xolesterol səviyyəsini azaltmağa və həzm sistemini gücləndirməyə

Kömək edir.

 

Böyrək daşı müalicəsi

 

Böyrək, öd daşlarını salır və əridir. Sidikqovucu xüsusiyyəti var. Bədəndə yaranan şişi aradan götürür.

 

Revmatizmə faydalıdır

 

Bütün revmatizm ağrılarının və iltihabın qarşısını alır.

 

Necə hazırlanır?

 

2-3 diş sarımsağı kiçik-kiçik doğrayın. Bir qaşıq bal ilə qarışdırın. 15 dəqiqə gözləyin, sonra yeyin. Bu qarışımı bir həftə ərzində hər gün ac qarına qəbul edin. Həftə içərisində enerjinizin artdığını, sağlamlığınızın yaxşıya doğru irəlilədiyini hiss edəcəksiniz./Lent.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar