Şamaxı Rəsədxanasından yerə yaxınlaşan asteroid təhlükəsi haqda açıqlama
16.06.2015 685 0.0 0
““İkar” asteroidinin Yer kürəsinə yaxınlaşmasının və keçib getməsinin heç bir təhlükəsi yoxdur, narahat olmağa dəyməz”.

 

Bunu açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Ədalət Ətai deyib.

 

Onun sözlərinə görə, “İkar” kiçik cisimlərdən hesab olunur, onlar az müşahidə olunurlar: “Dünən də Yer kürəsindən 26 mln. km məsafədə kiçik cisimlərdən biri keçib. Məsafə o qədər böyükdür ki, onun Yerə yaxınlaşması mümkün deyil. “İkar”ın diametri 1 kilometrə, kütləsi isə 100 min tona yaxındır. Onun yerlə məsafəsi Ayla Yer arasındakı məsafədən 21 dəfə çoxdur. Təqribən 10 milyon kilometr aralıdan keçib gedəcək. Ona görə də narahat olma dəyməz”.

 

Ə. Atai əlavə edib ki, NASA bu il doqquz yad cisimin yer ətrafından keçib gedəcəyi haqqında məlumat yayıb: “Həmin cisimlər indi növbə ilə keçib gedir. Asteroidlərin Yerə təhlükəsi ilə bağlı yayılan xəbərlər şayiədir. Kosmik raketlərə külli miqdarda vəsait ayrılmasının səbəbi odur ki, asteroidlərin yerə yaxınlaşdığı məqamda təhlükə olarsa, onlar zərərsizləşdirsinlər”.

 

Qeyd edək ki, bu gün “İkar” asteroidi Yer kürəsinə çox yaxınlaşacaq.

 

“İkar” Yer kürəsinə hər 9, 19 və 38 ildən bir yaxınlaşır. Növbəti yaxınlaşma 2090-cı ilin 14 iyun tarixində baş verəcək. Həmin vaxt Yer kürəsi ilə asteroid arasındakı məsafə 6,5 mln. km təşkil edəcək. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar